 |
XƏBƏRLƏR
Yeni disk üzərində işləyir. Qədim xalq və bəstəkar mahnılarından ibarət olan bu albom tamamlanmaq üzrədir.
Tez-tez Azərbaycanın rayonlarında konsert proqramı ilə çixiş edir.
Heydər Əliyev adına Fondun dəstəyi ilə 2005-2006-cı illərdə Ü.Hacıbəyovun anadan olmasının 120 illiyi ilə bağlı keçirilən və Space-TV-də canlı nümayış olunan muğam müsabiqəsində seçilən 20 ifaçının 8-i onu tələbələri olmuşdur. Yekunda 1-ci yerə onun tələbəsi Təyyar Bayramov layiq görülmüşdür.
2006-cı il iyunun 15-də dördüncü dəfə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Prezident mükafatına layiq görülmüşdür.
2006-cı il sentyabrın 1-5-dək Türkiyənin Ankara və Bodrum şəhərlərində səfərdə olmuşdur. Bodrumda “Əl oyunları” stadionunda gerçəkləşən konsertdə 3000-ə qədər tamaşaçı iştirak etmışdır. Tarda Elçin Həşimov, kamanda Elnur Əhmədov müşaiət etmişdir. Ankarada olan zaman Atatürkün anıt qəbrini və Məmməd Əmin Rəsulzadənin qəbrini ziyarət etmişdir. İlin sonunda konsert vermək üçün Ankaraya dəvət almışdır.
2006-cı il mayın 26-dan iyunun 2-nə qədər İran İslam Respublikasında 3 konsert vermişdir. Bu səfərdə onu musiqiçilər Elçin Həşimov və Elnur Əhmədov, tələbələri Təyyar Bayramov, Kəmalə Nəsibova müşaiət etmişdilər.
2005-ci il sentyabrın 16-da Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ona “Respublikanın Xalq Artisti” fəxri adı verilmişdir. Bu ad onun əməyinə verilən ən yüksək qiymətdir.
2005-ci il aprelin 01-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Prezident mükafatına layiq görülmüşdür.
2005-ci ildə “Ümid nəğməsi”, “Görüş yeri”, “Muğam axşamı” adlı albomları buraxılmışdır.
2005-ci il mayın 25-30 aralarında Tehran şəhərində Azərbaycanın İrandaki səfirliyinin dəvətiylə gerçəkləşən 3 konsert proqramı ilə çıxış etmişdir. Həmin səfərdə Tehranda onun iştirakı ilə talesemiyalı xəstə uşaqlarla bağlı böyük xeyriyyə konserti keçirilmişdir və əldə olunan gəlir Azərbaycan və İranda olanxəstə uşaqlara verilmişdir. Bütün bu səfərlərdə onu sənət dostları Elçin Həşimov və Elnur Əhmədov müşayət etmişdir.
2005-ci il martın 20-dən 30-na kimi ABŞ-da qastrol səfərində olmuşdur. Vaşinqton və Kaliforniya ştatlarında iki konsert vermişdir. Səfər çox yüksək səviyyədə keçmişdir.
2005-ci il mart ayının 21-də Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Mədəniyyətinin Dostları Fondunun keçirdiyi möhtəşəm muğam axşamında Rast muğamını uğurla ifa etmişdir.
2005-ci il fevral ayının 10-16 Türkiyənin İstanbul şəhərində “Leyli və Məcnun” operasını türk tamaşaçılarına opera kollektivi ilə birlikdə göstərmişdir.
2004-cü il aprelin 29-dan mayın 10-na kimi Kanadada muğam üçlüyü ilə 2 konsert verilmişdir.
01.06.2003
İrana səfər.
Mənsum İbrahimov bu il mayın 27-dən 31-ə qədər İranda səfərdə olmuşdur.
Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənovun də`vətiylə keçirilən səfərdə Tehranda böyük bir konsert programı ilə çixiş etmişdir.
100-dən çox ölkənin səfirlərinin iştirak etdiyi konsert 3 saatdan artıq çəkmişdir. Mənsum İbrahimov iyul ayında Təbrizə də`vət almışdır. Xanəndəni səfərdə tarzən Elçin Həşimov və komanda Elnur Əhmədov muşaiyət etmişdir.
06.05.2003
Mugam Ustası Mənsum İsrafil oğlu İbrahimovun internet səhifəsi fəaliyyətə başlamışdır.
Bu gündən etibarən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Muğam Ustası, Respublikanın Əməkdar Artisti Mənsum İsrafil oğlu İbrahimovun internet səhifəsi fəaliyyətə başlamışdır.
Doğma dilimizdə fəaliyyət göstərən saytda muğam ustası haqda geniş informasiya, həyat və yaradıcılığından böyük foto arxiv, mahnı və video yazılar, mətbuatdan məqalələr internet istifadəçilərinə təqdim olundu.
06.05.2003
“Qarabağlıdır” adlı mahnıya çəkilən klip yaxın zamanda tamaşaçılara təqdim olunajaq.
Qarabağa həsr olunmuş bir layihə həyata keçirilir. Musiqisi Zamig Əliyevin, sözləri Adil Mürşidogluna aid olan “Qarabağlıdır” adlı mahniya ekran varianti işlənilir.
Artıq, demək olar ki, çəkilişlər basha çatmaq uzrədir. “Lidet TV” əməkdaşları tərəfindən çəkilən bu layihə yaxın zamanda tamaşaçılara təqdim olunacaq.
Bundan əlavə may ayının axırı üçün Almaniyaya səfər gözlənilir.
|
|
 |
|