 |
PRESSA
>>> Ulus qəzeti #23(394) 6 aprel 2002-ci ıl
Ən çox sevdiyim Fizulinin Leylisidir. Səhnəmizin Məcnunu ilə görüşmək çoxdan fikrimizdən keçirdi. Elə onun adını tutub Opera və Balet Teatrına gəldik. Məcnunun məşqdə olduğunu öyrəndik və gəlib gördük ki, bu dəfə o, ürəyini Sənəmə açır. Eşq fədaisi, gözəl xanəndə, respublikanın əməkdar artisti, Opera və Balet Teatrının solisti Mənsum İbrahimov «Aşiq Qərib»in məşqində idi. O, bütün varlığı ilə Qərib obrazına girmişdi və tarın muşayiəti ilə Sənəmə (Qülyaz Məmmədova) olan eşqini izhar edirdi. Biz də bir anlıq onun sevqi dünyasına mübtala olduq. Məşqdən sonra Mənsum bəylə söhbət etdik. Ətraflı
>>> Yeni Müsavat #45(1620) 17 fevral 2002
İki əsrin məcnunu - Həmişə belə olub: hər nəsil özündən əvvəlkinin qarasınca qileylənib, onun sığal-tumarının qarşılığında ipə-sapa yatmayıb. Hələ bu harasıdı, bu günün adamları getdikcə mahiyətsizləşən müasirlik, modernlik parıltılarıyla qicəllənib, dünənin əxlaqına, məişətinə, adət-ənənəsinə qarşı üsyana qalxır, ondan üz döndərir, onu əməlli-başlı inkar edir. Amma nə yaxşı ki, bu «inkarı inkar» mərəzi klassik sənətə sayğıyla yanaşanların meyarına çevrilmir. Onlar bu sənətin çardaş halını qiymətləndirən dünənini daha mükəmməl sayırlar. Ətraflı
>>> Bu Gün 12 yanvar 2002-ci il
Yeddi Leylinin bir Məcnunu Azərbaycan Milli Akademik Opera və Balet Teatrının Soltsti, Respublikanın Əməkdar artisti Mənsum İbrahimovla görüşün yeni il ərəfəsndə baş rexissorun iş otağında baş tutdu. Hafiz Quliyev «qulaq qünahkarı» olduğundan tez-tez sərrast müdaxilələri ilə söhbətimizin şirinləhməsinə təsir göstərirdi. -Məsum müəllim, siz qədəmlərinizi ömür və sənət yolunun uzun kamil dövründə basmaqdasınız. Musiqisevənlər sizi təcrübəli səriştəli aktyor-xanəndə kimi tanıyırlar. Ötən ildən pedoqoci fəaliyyətə başlamaqla çox şahəli yaradıcılıq yoluna üz tutmusunuz. Ətraflı
>>> Azərbaycan XXI əsr
Bizim Müğənnimiz Avropanı fəth eyləyib Muğam ifaçalrı silsiləsindən bu dəfəki müsahibimiz opera səhnəmizin sevilən «Məcnun»u, cavan olmasına baxmayaraq özünəməxsus avazı və gözəl səhnə mədəniyyəti ilə sənətdə öz möhürünü çoxdan vurmuş respublikanın əməkdar artisti Mənsum İbrahimovdur. Məsum müəllim, hər yolun bir başlanqıcı olduğu kimi yəqin ki, Sizi də muğam sənətinə gətirən yol, qoynunda boya-başa çatdığınız Ağdam torpağından başlayıb. - Ümumiyyətlə, Qarabağ elə bir diyardı ki, onun torpağında, daşında da səs var. Ətraflı
>>> EKSPRESS 12 iyul 2002-ci il
« Sənətdə tər tökə-tökə yüksəlmək daha etibarlıdır» - Məsum müəllim, operada yaradıcılıq işləriniz nə yerdədir?
- Fevralın 10-da «Leyli və Məcnun» tamaşasında növbəti növbəti dəfə oynayacağam. Şəfiqə Axundovanın «Qəlin qayası» operası yenidən tamaşaya qoyuldu. Recissor Hafiz Quliyevin quruluşunda qoyulmuş bu yeni tamaşada camal rolunda çıxış edirdim. Bundan başqa Şax İsmayıl roluna hazırlaşıram. - Şax İsmayıl daha məsuliyyətli roldur… Ətraflı
|
|
 |
|