Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti
Muğam Ustası, Respublikanın Xalq Artisti

Mənsum İsrafil oğlu İbrahimov

Mənsum İsrafil oğlu İbrahimov 01.10.1960-cı ildə Azərbaycan Respublikasının Ağdam r-da anadan olmuşdur.
1967-1977 orda məktəbi bitirib.
1979-81 –ci ildə hərbi xidmətdə olub.
1982-87 – ci ildə Asəf Zeynallı adına Bakı Musiqı Texnikumunun muğam şö’bəsini bitirib.
1988-93 ci illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universetinin "Mədəni maarif" fakultəsini bitirmişdir.
1985-ci ildə Ü. Hacibəyovun anadan olmasının 100 illiyinə həsr olunmuş “V Respublika musiqi musabiqəsi”ndə iştirak edib və 1-ci diploma layiq görülüb.
1985-ci ildə mərhum sənətkarimız Şövkət Ələkbərovanın məsləhəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet teatrına də’vət olunur. Kiçik rolları ifa etməyə başlayan Mənsum 1993-cü ildə “Leyli və Məcnun” operasında Məcnun rolunu ifa etməyə də’vət olunur.
1993-cü ildə iyunun 25-də ilk premyerası olur və tamaşaçılar və sənətçilər tərəfindən yüksək qiymətləndirilir. Artıq 10 ildir ki, bu rolun mahir ifaçısıdır.
1995-ci ildə M. Füzulinin anadan olunmasının 500 illi münasibətilə Yuneskonun keçirdiyi silsilə tədbirlərdə, İraqda, Moskvada və Bakıda iştirak etmişdir. 1995-ci ildə Aztelefilmin çəkdiyi 3 hissəli “Leyli və Məcnun” film-operasında Məcnunun partiyasını oxumuşdur.
1994-cü ildə Z. Hacıbəyovun Aşıq Qərib operasında Qərib, 2000-ci ildə Şəfiqə Axundovanın Gəlin qayası operasında isə Camal rollarını ifa etmişdir.
2000-ci ildə Türkiyə mədənniyyət Nazirliyinin də’vətilə Leyli və Məcnun və Aşıq Qərib operasını İstanbul şəhərində göstərmişdir.
Məcnun rolunda Mənsum İbrahimovun ifa etdiyi bu operalar çox yüksək qiymətləndirilmişdir.
Bu günə qədər opera səhnəsində 7 xanım, Qəndab Quliyeva, Səkinə İsmayılova, Gülyaz Məmmədova, Nəzakət Termurova, Simarə İmanova, Gülüstan Əliyeva və Aygün Bayramova ilə tərəf mügabili olmuşdur.
Eyni zamanda xanəndə kimi dünyanın bir çox ölkələrində: Almaniya, Hollandiya, Fransa, Belçika, Lüksembyrq, Kipr, İraq, İran, Türkiyə və s. mugamlarımızı təbliğ etmişdir.
2001-ci ildə Almaniyada Muğana ceyran adll kompakt diski buraxılmışdır.
1997-ci ildə Səbuhi studiyası tərəfindən klassik mugamıar adlı albom, 2003-cü ildə isə Üç telli durna kompakt disk və kasset işıq üzü görmüşdür.
1998-ci ildə xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.
2002-ci ildə Prezident mükafatını almişdır.
2002-ci ildə Simurq milli Mükafat fondu tərəfindən xalq mahnılarının ustad ifaçısı, 2003-cü ildə isə İlin fədakar sənətçisi titulunu almışdır.
Mənsum İbrahimov həm də muəllimdir. A. Zeynalov adına musiqi kollecində və Yasamal rayon 22- saylı musiqi məktəbində mugamdan dərs deyir. Artıq onun yetirmələri respublikada keçirilən müxtəlif musabigələrin qalibləridir.